Bakıdan rayonlara getmək istəyən üçün VACİB AÇIQLAMA
“Bakıdan rayonlara getmək istəyənlər ciddi yoxlanılacaq”.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi - polkovnik Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
“Kimsə torpaq yolla rayona getmək istəyirsə, bir postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək. Yəni rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə ediləcək”.
Qurum rəsmisi bildirib ki, SMS ilə hərəkət edən vətəndaşlar üçün də xüsusi göstəricilər var:
“Rayonlardan gəlməklə bağlı qərarda qeyd edilir ki, rayondaxili və ya şəhərdaxili 2 saat ərzində gedə bilərlər. Əgər hansısa tibb müəssisəsinə getmək lazım olarsa, bu halda müvafiq arayış əsasında vətəndaşlar hərəkət edəcəklər.
Lakin qayıdanda onları qəbul etmiş həkimin verdiyi arayış əsasında karantin postundan keçəcəklər. İstər rayona, istərsə də şəhərə gedib-gələnlərin hərarətinin ölçülməsi mümkündür.
Lakin bunları polis yox, tibbi mütəxəssislər həyata keçirsə, yaxşı olar. Kimsə özündə hərarət və xəstəlik simptomu hiss edərsə, həkimə müraciət etsin”, - deyə K.Əliyev bildirib.
Oxşar xəbərlər
Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa oluna...
Son Xeberler
Paşinyan bunun üçün Bakıdan icazə istəyir -
Son Xeberler
Bayramda rayonlara getmək istəyənlərə
Son Xeberler
Laçına Yol Açıldı: Gündəlik Avtobus Reysi Başladı!
Bugun.az
Sərt karantin rejiminə baxmayaraq, Bakıdan rayonla...
Son Xeberler
Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR -...
Son Xeberler