Bayramda rayonlara getmək istəyənlərə XƏBƏRDARLIQ
Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azvision.az-a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.
“İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, – deyə K.Əliyev xəbərdarlıq edib.
Oxşar xəbərlər
Bakıdan rayonlara getmək istəyən üçün VACİB
Son Xeberler
DYP-dən rayonlara getmək istəyənlərə
Son Xeberler
Rayonlara istirahətə getməyə icazə veriləcək? -
Son Xeberler
Rayonlara gediş-gəliş bərpa edilir? -
Son Xeberler
Həftəsonu rayonlara getmək istəyənlərin
Son Xeberler
Rayonlara getmək istəyənlərin
Son Xeberler