24.08.2020 18:56
6
abunə
496
Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus aşdı: Ölən və yaralananlar var - FOTO

Qobustan rayonunun Mərəzə qəsəbəsində sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, qəza nəticəsində bir nəfər ölüb:

“Mercedes Vita”markalı, 90 XP 790 dövlət qeydiyyat nişanlı mikroavtobus Qaxdan Bakı istiqamətində hərəkətdə olub. Yolda yağışın yaratdığı sürüşmə nəticəsində idarəetməni itirib və beton arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində Qax rayon sakini, 1996-cı il təvəllüdlü qadın başı daşa dəyərək həyatını itirib”.

 

Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus Qobustan rayonu ərazisində qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Mərəzə qəsəbəsi yaxınlığında qeydə alınıb.

“Mercedes Vita”nın aşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine