🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Baş infeksionistdən əhaliyə MÜHÜM MÜRACİƏT

01.03.2021 11:31 514 baxış sayı 2 dəq. oxuma
Baş infeksionistdən əhaliyə

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus infeksiyasından qorunmaqla bağlı vətəndaşlara müraciət edib.

Baş infeksionist insanları immun sistemin güclənməsi üçün vacib məqamlara toxunub:

"İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr vardır. İlik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal bir gecə yuxusunu təmin edin, yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir, bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır.

Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır".

Paylaş: