12.10.2020 14:40
6
abunə
314
“Biz itirilmiş qurbanlarımızın qisasını döyüş meydanında aldıq”

“Gəncə belə vəhşi atəşinə məruz qaldıqda, bu, hər bir azərbaycanlını hidddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”. 
 
Bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, biz səbr göstəririk və adekvat cavab tələb olunur: “Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt sivillərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. 

Ona görə qalıcı atəşkəsin olması üçün Ermənistan ilk növbədə anlamalıdır ki, işğaldan azad edilmiş torpaqları onlar görməyəcək, onlar ora dönməyəcəklər. Bu, tamamilə onlar üçün imkansızdır. Kim nə deyir desin, kim onları necə dəstəkləyirsə, dəktəkləsin, bu, olmayacaq. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine