"Bizi aldatdılar, burada yaşamağın mənası yoxdur" - Laçındakı ermənilər
Bizə dedilər qayıdın, biz də qayıtdıq. Amma anladıq ki, yenə aldatdılar bizi. Burada qalmaq fikrində deyilik. Daha doğrusu, qalmağın mənası yoxdur. Azərbaycanlılar mütləq hər yeri nəzarətə alacaqlar, burada yaşayacaqlar. Ən yaxın zamanda, imkan düşən kimi buranı tərk edəcəyik.
Laçın rayonunda, Ermənistandan Dağlıq Qarabağa uzanan və eni 5 kilometr olan "nəqliyyat dəhlizi"ndə yaşayan erməni Nairi Qalustyan belə deyir. O, üç uşağı və atası Yervandla birlikdə ötən ilin dekabr ayının sonlarında Laçını tərk edərək Ermənistanın Vanadzor rayonuna yollanmışdılar.
Yanvarın sonlarında geriyə, Laçına qayıdıblar.
Nairinin dediyinə görə, peşmandır.
Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbərliyi və şəxsən Araik Harutyunyan onlarla görüşməyi vəd edibmiş.
"Laçına, şəhərin mərkəzinə yığışdıq. Dedilər ki, Harutyunyan gələcək. Saatlarla gözlədik, amma gəlmədi. Demişdilər ki, elektroenerji, təbii qaz failəsiz veriləcək və pulsuz olacaq. Aldatdılar bizi. Evlərimiz buz kimidir, nə qaz var, nə işıq. Odun doğrayıb soba qalayırıq", - N.Qalustyan söyləyib.
Laçın şəhəri ilə bahəm, ermənilərin "Aqavno" adlandırdıqları Zabuxda qalmış bir neçə ailə də artıq oranı tərk etməyə hazırlaşır.
58 yaşlı Qayane Melkumyan isə tam tərsinə, heç yerə getməyəcəyini deyir. "Üç Qarabağ savaşının" (!) şahidi olduğunu deyən qadın çiynində avtomat gəzir və "zərurət yaranarsa, sonadək döyüşəcəyini" söyləyir.
Laçın rayoununda qalan və Azərbaycan ərazilərinin işğalda olduğu dönəmlərdə burada məskunlaşan ermənilərdən hələlik "dirənərək yaşayan"ların sözlərinə görə, artıq üç həftədir ki, evlərinə işıq və qaz verilmir.
"Günahkar azərbaycanlılar yox, bizimkilərdir. Əvvəlki illərdə olduğu kimi, indi də bizi aldadır, yalanları sıralayırlar. Gün kimi aydındır ki, burada yaşamağın sonu yoxdur. Mütləq nə zamansa tərk edəcəyik buraları. Geci-tezi var. Azərbaycan Laçını bizdə qoyan deyil", - Laçında məskunlaşmış ermənilər deyir.
"Nəqliyyat dəhlizi"nin keçdiyi Laçın şəhərində, sadəcə, bir neçə dükan işləyir. Poliklinika, məktəblər, uşaq bağçaları bağlanıblar. Xəstəxananın da bütün avadanlığı Xankəndinə aparılandan sonra ora da bağlanıb.
Hazırda Laçında vur-tut 102 erməni yaşayır. Onların 10 nəfəri uşaqlardır.
Zabuxda rəsmən qeydiyyata düşmüş 55 ermənidən cəmi 11 nəfər kənddə qalıb.
Laçındakı "nəqliyyat dəhlizi"nin trayektoriyası və marşrutu da dəyişəcək. Yaxın üç il ərzində Azərbaycan burada yeni yol inşa edəcək və o yol Laçından keçməyəcək. Beləcə, Laçın şəhəri indi olduğu kimi, "dəhliz"in ortasında qalmayacaq.
Ermənilər də deyirlər ki, belə vəziyyətdə onlar "azərbaycanlılarla yanaşı yaşamaq istəmirlər".
Qarabağda, habelə Laçın rayonunda yalnız 1988-ci ilədək orada yaşamış ermənilər sakin olaraq qala bilərlər.
Fəqət, Laçında həmin müddətədək erməni yaşamadığından və sonradan məskunlaşdırılma aparıldığından hazırda rayonda yaşayan ermənilər qanunsuz miqrasiya nəticəsində Azərbaycan ərazisinə köçürülmüş şəxslər sayılırlar.
Laçınla bağlı suallara tam aydıqlıq gələcəyi vaxta isə çox qalmayıb.
Oxşar xəbərlər
“Bu, bizimlə Ermənistan arasında olan döyüşdür,
Son Xeberler
Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılı...
Son Xeberler
“Yerindən duran burada bizə mız qoymaq istəyir” -
Son Xeberler
“Hər gün 20 manat cərimə yazırlar” -
Son Xeberler
ABŞ-da TIR sürən Tolga Karel: 12 Koronaviruslu cəs...
Bugun.az
"18 yaşım da yoxdur ki, kimsə məni saxlasın" -
Şou Xəbər