“Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs uzaqda durmalıdır”
Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini görmürük. Çünki bizi əhatə edən ölkələr tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır.
Bunu Prezident İlham Əliyev bunu Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı Bakıda türk əsgərləri gördüyünü söyləyən müxbirə cavabında deyib: “Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz”.
Prezident qeyd edib ki, Türkiyə F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır.
Oxşar xəbərlər
Paşinyan müxalifəti danışıqlar masasına çağırdı
Son Xeberler
Araz Ağalarova məxsus ticarət mərkəzləri də erməni...
Son Xeberler
XİN Azərbaycanla Ermənistan arasında viza məsələsi...
Son Xeberler
Paşinyan: Ermənistan Azərbaycanla Sülh Müqaviləsin...
Bugun.az
İstehsalatda real təcrübə qazanmaq və bilikləriniz...
Edumap.az Təhsil Portalı
“İnsanlar arasında panika yaratmağa nail ola bilmə...
Son Xeberler