Paşinyan müxalifəti danışıqlar masasına çağırdı
Yerevanda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yürüşü başa çatıb.
Paşinyan hökumətin bugünkü missiyasının başa çatdığını bəyan edib:
“Biz bu dəqiqədən etibarən aksiyanı dayandırırıq və müxalifətdən olan həmkarlarımızı da buna çağırırıq, onları bizimlə birlikdə danışıqlar masasına oturmağa dəvət edirik”.
Paşinyan bildirib ki, bu gün Respblika meydanındakı mitinqdən sonra ona xalqın mövqeyi də aydın oldu:
“Biz xalqın mövqeyini öyrənmiş olduq. Onlar bu gün Respublika meydanında bizimlə birlikdə olan minlərlə insandır. Mən hamıya bir şeyi söz verirəm – daha “məxmər” olmayacaq”.
Paşinyan hökumət binasına gedəcəyini və orada müşavirə keçirəcəyini bildirib.
Oxşar xəbərlər
“Paşinyan uçduğu göylərdən yerə qayıtsa, danışıqla...
Son Xeberler
Paşinyan məğlubiyyətini etiraf etdi -
Son Xeberler
Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı
Son Xeberler
Ermənistan müxalifəti yeni mitinqin vaxtını təyin...
Son Xeberler
Əsədin Son Çarəsi: Danışıqlar Masasına
Son Xeberler
İrəvan Bakıya bunu təklif edib - Paşinyan
Bugun.az