🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı

17.11.2020 07:34 413 baxış sayı 2 dəq. oxuma
Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı

Çiçəklənən Ermənistan” müxalifət partiyasının üzvü Naira Zohrabyan millət vəkillərini ölkədəki hərbi vəziyyəti ləğv etməyə və Baş nazir Nikol Paşinyanı istefaya göndərməyə çağırıb.

 Zohrabyan bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında bildirib.

“Bu gün bu konfrans salonunda yalnız bir məsələ müzakirə edilməlidir - hərbi vəziyyətin ləğvi və Nikol Paşinyanın istefası! Başqa bir məsələni müzakirə etmək üçün mənəvi haqqımız yoxdur”,- deyə Zohrabyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan müxalifəti İrəvanda artıq bir neçə gündür ki, etiraz aksiyaları keçirir. Aksiya iştirakçıları Paşinyanın atəşkəslə bağlı razılaşma imzalaması səbəbindən istefasını tələb edirlər.

 
Paylaş: