Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyev sərəncam imzalayıb.
Sərəncamla AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürova, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuat sektorunun müdiri Gülnar Hacıyevaya, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovaya, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi Ruslan Kərimova, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi İlham Alıyeva, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi Nəzmin Cəfərovaya bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilib.
İnstitutların ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları isə fəxri fərmanla təltif edilib.
Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyliyə həvalə edilib.
Qeyd: Mükafatlandırma “22 iyul – Milli Mətbuat Günü münasibətilə olub.