21.08.2020 21:39
6
abunə
343
Bu gecə məscidlərin açılacağı xəbərləri ilə bağlı AÇIQLAMA

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

O, bildirib ki, bu gün bir qrup xanım dindarın onunla görüşdən sonra məscidlərin bu gecə açılacağı ilə bağlı fikirləri yanlışdır: "Təxminən 10-15 dindar xanım Qafqaz Müsəlmanları İdarəsinə gəlmişdi. Mən onlardan bir-ikisi ilə görüşdüm, istəklərinin rəhbərliyə çatdırılacağını dedim.

Mən heç kimə bu gecə məscidlər açılacaq sözünü deməmişəm. Məscidlərdə, kütləvi yerlərdə insanların bir yerə yığılması qadağasını Nazirlər Kabineti yanında Operativ Qərargah verib.

Biz özbaşına addım ata bilmirik, mən necə belə bir şey deyə bilərəm? Mənim adımdan bu cür xəbərlərin yayılması yanlışdır".

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine