Bu hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur

19.06.2020 13:36 579 baxış sayı 1 dəq. oxuma
Bu hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-məlumatın göndərilməsi tələb olunmur.

Bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər.

Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: