🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu ölkədə koronavirusun ikinci dalğası başlayır

13.09.2020 15:24 353 baxış sayı 2 dəq. oxuma
Bu ölkədə koronavirusun ikinci dalğası başlayır

Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib.

Kansler bu barədə bu gün Avstriya Mətbuat Agentliyinin sorğusuna cavab olaraq söyləyib.

Kurts qeyd edib ki, ötən günlərdə Avstriyada koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Avqust ayının əvvəlində gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olduğu halda, iki həftə əvvəl bu göstərici 350-yə qalxıb və hazırda 1000 nəfərə çatıb.

Avstriyada koronavirusa yoluxma halları əsasən paytaxt Vyanada, eləcə də Aşağı Avstriya və Tirol federal əyalətlərində qeydə alınır. Gündəlik yoluxma hallarının təxminən yarısı Vyana şəhərinin payına düşür və artıq İsveçrə Vyananı riskli regionlar siyahısına daxil edib, Almaniyanın da yaxın günlərdə eyni addım atacağı gözlənilir.

Bununla bağlı, Avstriya hökuməti sentyabrın 14-dən bir sıra məhdudiyyətlər tətbiq edəcək, belə ki, ölkə üzrə bütün ictimai qapalı məkanlarda maskadan istifadə məcburi olacaq, kütləvi tədbirlərdə iştirakçı sayı azaldılacaq.

Paylaş: