🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu şəxslər dövlətdən ayda 350 manat yardım ala biləcək

29.12.2020 14:47 381 baxış sayı 3 dəq. oxuma
Bu şəxslər dövlətdən ayda 350 manat yardım ala biləcək
"Sosial şəbəkə vasitəsi ilə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
 
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
 
Onun sözlərinə görə, bu gün Milli Məclisdə qəbul edilən "2021-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn il ehtiyac meyarı 170 manat olacaq.
 
"Bu o deməkdir ki, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləği gələn ildən artacaq.

Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 500 manatdır. Gələn ildən həmin ailə üçün 850 manat (5 nəfər X 170 manat) ehtiyac meyari, yəni xərc hesablanacaq. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 350 manat olacaq. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 350 manat yardım ala biləcək. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Qeyd edim ki, cənab Prezidentin göstərişi ilə 2020-ci ildə sosial proqramlara ayrılan vəsaitin həcmi artırılıb. Bu baxımdan, yeni meyar həm yardım məbləğini, həm də əlçatanlığı artıracaq", - deyə V.Bayramov qeyd edib

Paylaş: