🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu ticarət obyektləri cərimələndi

21.10.2020 13:29 362 baxış sayı 3 dəq. oxuma
Bu ticarət obyektləri cərimələndi

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 20-də monitorinqlər keçirilib. Zəururi qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görülüb.

Monitorinq zamanı Nərimanov rayonunda “Lux brand butik” pərakəndə ticarət obyektində, Xalid Həsənova, Rəşadət Qarayevə məxsus tikinti materialları mağazalarında, Xəzər rayonunda “Dalğa inşaat” mağazasında, Xətai rayonunda “Al market”də, “İran nemətləri” mağazasında, “Oba market”də, Nəsimi rayonunda “Neptun market”də, “Spar market”də, “Şeyla market”də, Yasamal rayonunda “Meyxoş şərab evi”ndə, Tural Vəliyevə məxsus “Ordubad quru meyvələri mağazası”nda, Binəqədi rayonunda “Padişah un məmulatları” pərakəndə ticarət obyektində, Telman Məmmədova məxsus şirniyyat mağazasında, Qaradağ rayonunda Rahib Əliyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Winnies Flowers” ticarət obyektində, Suraxanı rayonunda Taleh Kərimova, Arzuman Hüseynliyə məxsus mağazalarda, Sabunçu rayonunda “Mağaza ŞM”də, Balaş İbrahimova, Əlikram Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda "Cəliloğlu" MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında, Seymur Mehdiyevə məxsus telefon mağazasında, Sumqayıt şəhərində “Baba market”də, Minarə Abdullayevaya məxsus mağazada, Abşeron rayonunda Nəsimi Mansurova, Elvin Zeynalova, Rauf İsmayılova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Rüfət Əlicanova, Bəylər Heydərova məxsus mağazalarda, Cəlilabad rayonunda Tacəddin Quluzadəyə məxsus “Şərq şirniyyatı sexi”ndə, Loğman Aslanova məxsus baytarlıq aptekində, Lənkəran rayonunda “Mağaza Ukrayna”da, Adil Mehrəliyevə məxsus pərakəndə ticarət obyektində, Şəki rayonunda "Hacı pərakəndə ticarət mağazası”nda, "Marxal baytarlıq apteki”ndə, “Elçin pərakəndə ticarət mağazası”nda, Şəmkir rayonunda Qalib Məhərrəmova məxsus pərakəndə ticarət obyektində, Fazil Abbasova məxsus qarışıq mallar mağazasında, Quba rayonunda Miryaqub Rzayevə, Camaləddin Bahaddinova, Yalçın Aslanova məxsus mağazalarda, ümumilikdə, 71 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Paylaş: