🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu yerlərdə bağçaların fəaliyyəti bərpa edilə bilər - AÇIQLAMA

13.08.2020 12:23 412 baxış sayı 3 dəq. oxuma
Bu yerlərdə bağçaların fəaliyyəti bərpa edilə bilər -

Azərbaycan Respublikası Təhsil İnstitutu COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.

Təhsil İnstitutundan verilən məlumata görə, beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil isteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı məktəbəqədər təhsil üzrə planı təqdim edib.

Məktəbəqədər təhsil:

Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.

Məktəbəhazırlıq qruplarında (ümumi təhsil müəssisələrində) tədrisin təşkili.

Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Etiketlər

Paylaş: