
Bütün dünyanın gözü bu gün saat 20:35-ə DİKİLDİ

Ölçüləri mütəxəssislər tərəfindən 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında Yer kürəsinə yaxınlaşacaq.
Bu barədə NASA bildirib.
Mütəxəssilər qeyd edirlər ki, göy cismi Yer sakinləri üçün heç bir təhlükə törətməyəcək, çünki o, çox uzaq məsafədə uçacaq.
2009 PQ1 asteroidi saat 20:35-də Yer kürəsindən 4 milyon kilometr məsafədə uçacaq. Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.
Qeyd edək ki, bu asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib. O, uçuşu Yer kürəsinin orbitindən keçən "Apollon" asteroidlər qrupuna aiddir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Dünyanın ən bahalı şəhərləri açıqlandı
Son Xeberler

"Bitcoin"in dəyəri ilk dəfə 50 min dolları keçib
Son Xeberler

Dünyanın müxtəlif yerlərində Azərbaycan bayrağı -
Son Xeberler

Dünyanın ən nüfuzlu ölkəsinin adı açıqlandı
Son Xeberler

Makenzi Skot dünyanın ən varlı qadını oldu
Son Xeberler

Misir ehramları
Fly.az