Ceyhun Bayramov və Çavuşoğlu Moskva görüşünü müzakirə edib - YENİLƏNİB
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Ceyhun Bayramov Moskva şəhərində Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb.
Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.
Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler
Çavuşoğlu və Bayramov Qarabağla bağlı müzakirə apa...
Son Xeberler
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdı
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışıb
Son Xeberler