
Daha bir qrup Rusiya vətəndaşı Azərbaycandan vətənlərinə qayıtdılar

Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Kazmalyar” gömrük-keçid məntəqəsi vasitəsilə 551 rusiyalı vətənə yola salınıb.
Bu barədə “RİA Dagestan” Milli Siyasət və Dini İşlər naziri Enrik Müslümovun açıqlamasına istinadla xəbər yayır.
“551 rusiyalıdan ibarət qrup Azərbaycan ərazisini tərk edərək Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsindəki xüsusi dəhlizlə vətənlərinə qayıdıblar. Dağıstanda “Yaraq-Kazmalyar” gömrük-keçid məntəqəsində hamısının hərarəti yoxlanılıb”, - deyə Müslümov bildirib.
Onun sözlərinə görə, gələnlərdən otuz nəfər Dağıstan sakinidir və onlar yaşayış yerlərindəki təcridxanaya göndəriliblər. Qalanları Mahaçqala şəhəri və Manas qəsəbəsindəki müşahidəçilərə tapşırılıb, 14 günlük karantindən sonra yenidən müayinədən keçiriləcəklər.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qay...
Son Xeberler

Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alanla...
Son Xeberler
Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstrad...
Azəri Xəbər

Misirdə turistlər avtoqəzaya düşüb: xəsarət alanla...
Azəri Xəbər

Beynəlxalq Axtarışda Olan Rusiya Vətəndaşı Birləşm...
Azəri Xəbər
Rusiya buğdasının ilk partiyası Azərbaycandan dəmi...
Azəri Xəbər


