
Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə Komitədən bildirilib.
Məlumata görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2 645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı
Son Xeberler

Kartof yükündə gizlədilən külli miqdarda dərmanın...
Azəri Xəbər

Şirniyyat qutularının içərisində gizlədilən dərman...
Azəri Xəbər

Hindistandan Azərbaycana qanunsuz yolla dərman gət...
Azəri Xəbər

Ölkədə toy qadağası olsa da, restoranlarda 2 gündü...
Son Xeberler

Tərtərdə məsciddə toplaşanlar cərimələnib
Son Xeberler





