Nazirlikdən bildirilib ki, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur:
“Dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.
Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.