30.08.2020 23:26
6
abunə
444
DİN sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirdi

Sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Morullu kənd sakininə məxsus evə qeyri-qanuni yolla daxil olması, oradakı dini bayraq və şüarların sökülməsi ilə bağlı əsassız, böhtan xarakterli yayılan xəbərlərə aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsinə, məscidlərin fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar öz həyətlərində dini şüar və bayraqlar asaraq “Aşura” mərasimi təşkil etməklə karantin rejimini kobud surətdə pozmağa cəhd ediblər.

Bununla əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları rayon ərazisində mütəmadi reydlər keçirib, sakinlərlə izahedici-maarifləndirici söhbətlər aparıb. Reyd zamanı rayonun Morullu kəndi ərazisində Mahir Əmiraslanova məxsus fərdi yaşayış evində “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görüldüyü, bu məqsədlə dini şüarlar və bayraqlar asıldığı aşkar edilib.

Polis əməkdaşları dərhal mərasimi başlamadan dayandırıb, həmin şüar və bayraqlar sökülüb. Vətəndaş M.Əmiraslanov və onun oğlu Mətləb Əmiraslanov saxlanılaraq RPŞ-yə gətirilib, onlarla profilaktiki söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilərək inzibati qaydada cərimə ediliblər.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine