🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporuna müraciəti etdi

07.11.2020 16:28 350 baxış sayı 3 dəq. oxuma
Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporuna müraciəti etdi

Diasporla İş üzrə Dövlət Komitəsinin Ukraynadakı Azərbaycan diasporuna müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, müracətdə deyilir:

“6 noyabr 2020-ci il tarixdə Komitəyə daxil olmuş ilkin məlumatlara görə, ermənilərin Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycanın Fəxri Konsulluğunun binasını atəşə tutması bir daha onu göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında uğursuzluğu, dünya miqyasında Azərbaycanın mövqeyinin dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti ilə əlaqəli şəkildə baş verir və bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini, xəyanətkar erməni diasporunu təşvişə salır. Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndləri həyata keçirməsi təəccüblü deyil. 

Həmin qanunazidd hərəkətlərin başlıca məqsədi Azərbaycan tərəfini müəyyən təxribat xarakterli hərəkətlərə təhrik etmək, sonradan isə cinayət əməllərində ittiham etməkdir. 

Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporunu ayıq-sayıq olmağa, ermənilərin təxribatlarına uymamağa, yalnız Ukrayna qanunları çərçivəsində fəaliyyət göstərməyə və hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır”, - deyə komitənin bəyanatında bildirilir.

“Bir daha bəyan edirik ki, erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və videofaktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:

Qaynar xətt və WhatsApp: +994 50 607 98 36

Email: [email protected]”, - komitə qeyd edir. 

Paylaş: