🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

28.10.2020 14:57 367 baxış sayı 3 dəq. oxuma
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli diaspor nümayəndələri, acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövlətinin, nəinki Azərbaycan ərazisində, eyni zamanda xarici ölkələrdə də həmvətənlərimizə, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor nümayəndələrinə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirməsi istisna edilmir. Uzun illərin təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə, erməni diasporunun daha çox məskunlaşdığı ABŞ və Ermənistanın havadarı qismində çıxış edən Fransa kimi dövlətlərdə yaşayan soydaşlarımızı, eləcə də dost xalqların diaspor nümayəndələrini təxribatlara hazır olmağa və ehtiyatlı davranmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, sizləri ayıq-sayıq olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, xaricdəki Azərbaycan evlərinə və Azərbaycanlıların Koordinasiya Şuralarına müraciət etməyinizi tövsiyə edirik.

Erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və video faktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:

Qaynar xətt və WhatsApp: +994 50 607 98 36

Email: [email protected]

Paylaş: