DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
Son günlər ölkə ərazisində “COVID-19” infeksiyasının yayılmasında müşahidə olunan artım dinamikası nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə 14 oktyabr saat 00.00-dan Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, 15 oktyabr saat 00.00-dan isə Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxışa məhdudiyyət tətbiq edilib.
DİN Baş DYP İdarəsindən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, səfərə çıxmazdan əvvəl qeyd olunan şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar.
“Ümid edirik ki, ölkəmiz üçün hazırkı həssas dönəmdə hər bir hərəkət iştirakçısı özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlaşıqlı şəkildə yanaşacaq və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklər”, - deyə məlumatda qeyd olunub.
Etiketlər
Oxşar xəbərlər
DYP-dən sürücülərə
Son Xeberler
"Müharibə Veteranı" adı kimlərə veriləcək? -
Son Xeberler
Ermənistanda polis aksiya iştirakçılarına güc tətb...
Son Xeberler
Rayona getmək istəyənlərin nəzərinə:
Son Xeberler
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Son Xeberler
Polisdən əhaliyə MÜRACİƏT-
Son Xeberler