🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DYP-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

20.12.2020 14:20 322 baxış sayı 3 dəq. oxuma
DYP-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı

​"Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb”.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, həmin görüntüdə əks olunan iddialar tibbi maskadan istifadə ilə bağlı olmayıb.

O bildirib ki, dekabrın 17-də dövlət nömrə nişanı olmadan Badamdar şosesində hərəkət edən 99-DE-405 "Şevrolet – Aveo” markalı avtomobilə "saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü - 1987-ci il təvəllüdlü Taleh Xəlilov yol polisinin qanuni tələblərinə məhəl qoymadan, avtomobilin duracağa qoyulacağını bildikdən sonra hərəkətini davam etdirib, növbəti kobud qayda pozuntusu yaradaraq qaçmağa çalışıb:

"Avtomobili tək idarə edən şəxs yol polisini yayındırmağa çalışıraq, qadın tanışını yaxınlaşdığı ünvana çağırıb mübahisənin əsas tərəfinə çevirməyə və bunu kənardan videoqeydə aldırmaqla "həyat yoldaşının yanında polis ona təzyiq edir” görüntüsü yaratmağa cəhd edib.

Avtomobil idarə etmək üçün müvafiq sənədləri və etibarnamə olmadan, 772 manat ödənməyən cərimə borcu olan şəxs qanunamüvafiq olaraq saxlanılaraq, Səbail RPİ 41-ci Polis Bölməsinə təhvil verilib. Polis bölməsində sürücünün barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilib”.

V.Əsədov diqqətə çatdırıb ki, yol polisinin qanuni tələblərinə məhəl qoymayan sürücü barəsində sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır:

"Tövsiyə edirik ki, polisin fəaliyyəti ilə bağlı ictimai fikrə yönələn istənilən informasiya DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilməlidir”.

Paylaş: