Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik İlham Rəcəbov koronavirusa yoluxub.
Onun vəziyyətinin ağır olduğu bildirilib. Rəis müavini hazırda süni nəfəs aparatına qoşulub.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.
O bildirib ki, DYP-nin hazırda iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: “Polkovnik hazırda xəstəxanadadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur”.