Əfqanıstanda polis məntəqəsinə hücum - 20 ölü

23.10.2020 10:15 591 baxış sayı 2 dəq. oxuma
Əfqanıstanda polis məntəqəsinə hücum -

Əfqanıstanda “Taliban” yaraqlıları tərəfindən hərbi posta hücum nəticəsində 20 təhlükəsizlik işçisi öldürülüb.

Həşrud qəzasının qubernatoru Cəlil Vatandost mətbuata açıqlamasında silahlıların Həşrudun Dəhməzəng bölgəsindəki polis məntəqəsinə silahlı hücum təşkil etdiyini bildirib.

Hücumda 20 təhlükəsizlik işçisinin həyatını itirdiyini bildirən Vatandost 6 əsgərin əsir götürüldüyünü qeyd edib.

“Taliban” məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyi silahlıların son 24 saatda 24 vilayətə hücumlar təşkil etdiyini açıqlayıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: