🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əhaliyə XƏBƏRDARLIQ -Bu malları və texnikaları alarkən diqqətli olun

27.01.2021 05:41 660 baxış sayı 3 dəq. oxuma
Əhaliyə XƏBƏRDARLIQ -Bu malları və texnikaları alarkən diqqətli olun

Elektron məşiət avadanlıqları demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ mallarda qısa zamanda nasazlıq yaranır və sıradan çıxır. Bu isə satıcı və alıcı arasında narazılıqlara səbəb olur. Bəzən isə istehlakçı haqlı olduğu halda haqsız duruma düşür. Amma müəyyən qaydalara əməl etməklə bunun qarşısını almaq olar.

Elektron məşiət texnikası alarkən diqqətli olun. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, bu növ mallara təlabatın kəskin artması keyfiyyət və satış qaydalarına da təsirsiz ötüşməyib. Vətəndaşlar məişət texnikası alarkən onun keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa qeydlərin olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət etməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirdi ki, zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Bu sahədə qanun pozuntusuna yol verənlər üçün cərimələr də nəzərdə tutulub.

Elməddin Quliyev bildirdi ki, müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcınınn təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur.

Paylaş: