“Əl - Qaidə” liderinin öldüyü iddia olunur

23.11.2020 13:12 477 baxış sayı 2 dəq. oxuma
“Əl - Qaidə” liderinin öldüyü iddia olunur

“Əl - Qaidə” terror təşkilatının mövcud lideri Ayman əz-Zəvahiri Əfqanıstanda vəfat edib.

Bu barədə “Arab News” Pakistan və Əfqanıstandan olan mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 69 yaşlı terrorçu anidən dünyasını dəyişib. Onun koronavirusa yoluxması barədə məlumatlar olsa da, bu, dəqiqləşdirilməyib.

Səhhətində uzun zamandır problem olan Zəvahiri sonuncu dəfə 11 sentyabr tarixində insanlara məktub ünvanlayıb. 

ABŞ rəsmiləri isə “Associated Press”ə açıqlamasında bildirib ki,  ölüm xəbərinin doğru olub-olmadığını müəyyənləşdirirlər.

Xatırladaq ki, misirli Ayman əz-Zəvahiri 2011-ci ildə “Əl-Qaidə” terrorçu şəbəkəsinin lideri seçilib. O, bu vəzifədə ABŞ xüsusi təyinatlı dəstələrinin 2011-ci ilin mayın əvvəlində Pakistanda məhv etdiyi Üsamə bin Ladeni əvəzləyib.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: