
Ər keçmiş arvadını qətlə yetirdi

Sentyabrın 6-da saat 5 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Etiketlər
Oxşar xəbərlər

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler

Terrorçular 70 fermeri qətlə yetirdi
Son Xeberler

Rusiyada "Şaxta baba" iş adamını qətlə yetirdi
Bugun.az

6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim ö...
Son Xeberler

Azərbaycanda ər arvadını xəyanət etdiyinə görə ama...
Son Xeberler

Terroçular qardaş ölkədə 16 hərbçini qətlə yetirdi
Bugun.az