Ərəb dünyasında ilk atom elektrik stansiyası istifadəyə verildi
Birləşmiş Ərəb Əmirliklərində atom elektrik stansiyası istifadəyə verilib.
“Barakah” (Barakah nuclear power plantatom) elektrik stansiyası ərəb dünyasında ilk bu cür qurğudur.
Bu barədə ölkənin Baş naziri, BƏƏ-nin vitse-prezidenti və Dubay Əmirliyinin başçısı Məhəmməd ibn Rəşid Əl Məktum “Twitter” hesabında yazıb:
“Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk dinc nüvə reaktorunu işə salmağın müvəffəqiyyətini elan edirik... İşçilər nüvə yanacağını yükləyə, hərtərəfli sınaqlar keçirə və əməliyyatı uğurla başa çatdıra bildilər”.
Onun sözlərinə görə, BƏƏ səlahiyyətlilərinin məqsədi ölkənin elektrik ehtiyacının dörddə birini təmin edəcək dörd nüvə stansiyasını işə salmaqdır.
“Ərəblər elmi karyeralarını davam etdirə və digər böyük millətlərlə rəqabət edə bilərlər”, - deyə o qeyd edib.
Stansiya Fars körfəzinin sahilində, Əbu-Dabidən 250 km məsafədə yerləşir. ABŞ-da 1976-cı ildə inşa edilmiş Palo-Verde (Arizona) atom elektrik stansiyası ilə eyni dizayna malikdir.
Etiketlər
Oxşar xəbərlər
Ərəb Dövlətləri Liqası İsrailin Qəzza Soyqırımına...
Bugun.az
Meta Məlumat Mərkəzləri üçün Atom Elektrik Stansiy...
Texnologiya xəbərləri
Binədə Elektrik Kəsiləcək: Yenilənmə İşləri Başlay...
Bugun.az
İordaniya Ərəb Liqasını İsrailin Qərarına Etiraz E...
Bugun.az
Güləbird Su Elektrik Stansiyası istismara verilib
Son Xeberler
Şuşa məscidinə elektrik enerjisi verildi -
Son Xeberler