Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən əldə etdiyimiz görüntülər Ermənistan Ordusundakı dəhşətli vəziyyəti təsdiqləyir.
Ermənistan ordusunda əsgər və zabitlər kütləvi şəkildə müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər.
Kadrlarda göründüyü kimi, erməni əsgər və zabitlər istifadə etdikləri külli-miqdarda narkotik vasitələri qoyaraq qaçıblar. Erməni hərbçilərinin marixuana, heroin, metamfetamin, tiryək və başqa psixotrop maddələrdən öz kazarmalarında açıq-aşkar istifadə etdikləri görünür.
Kibrit qutularında, hərbi çantalarda hər əsgər üçün ayrıca ayrılan narkotik maddəni görmək mümkündür. Hətta otaqların birində narkotikdən istifadə üçün lazım olan iynələr də tapılıb.
Qeyd edək ki, Ermənistan ordusundakı nizam-intizamsızlıq, kütləvi davalar, əsgər və zabitlərin bir-birini qətlə yetirməsi, həmçinin kütləvi şəkildə narkotik vasitələrdən istifadə olunması halları barədə mediada dəfələrlə yazılıb.