“Ermənilər onsuz da terror təşkilatları kimi vuruşurlar”
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsini” qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Yeni "qanun" muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsini nəzərdə tutur. İşğalçı Ermənistan terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır və dolayısı ilə Azərbaycan torpaqları olan Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edir.
Mövzunu “Qafqazinfo”ya şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, əslində işğalçı ölkənin guya qəbul etdiyi bu “qanun” kağız parçasıdır:
“Seperatçıları indiyə qədər heç kəs tanımayıb və bundan sonra da tanımaq niyyətində deyil. Onların “qanunları” bizim üçün heç nədir. Ermənilər onsuz da terror təşkilatları kimi vuruşurlar. Biz bunu bilirik. Onlar Ermənistan qoşunlarının tərkibində də var və terror aktları da törədir. Azərbaycana qarşı müxtəlif istiqamətlərdə döyüşürlər. Belə bir gurultulu "qanun"un qəbul edilməsi bilmirəm kimə yönəlib: yetim auditoriyalarına, yoxsa Ermənistan cəmiyyətinə? Düşünürəm ki, bununla onlar özləri özlərini aldadırlar”.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olan separatçı rejim qanunsuz strukturdur və “peşəkar ordu” yaratmaq adı altında atdığı heç bir addımın hüquqi əsası yoxdur.
Oxşar xəbərlər
Ermənilər Xarkovdakı fəxri konsulluğa hücum etdi -
Son Xeberler
“Müxtəlif ölkələrdən Ermənistana terrorçular axışı...
Son Xeberler
“Hadrut meşələrindəki ermənilər beynəlxalq terrorç...
Son Xeberler
Ermənilər Azərbaycan diplomatlarını təhdid edir -...
Son Xeberler
“Azərbaycan kiçik dövlətdir, muzdlular olsaydı, ha...
Son Xeberler
Ermənilər muzdluları bu dəfə Abxaziyadan toplayır
Son Xeberler