“Müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır”
"Ermənistanda terror təşkilatlarının düşərgələrinin mövcudluğu barədə məlumatlar bizdə əvvəldən də olub. İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdə artıq yeni kəşfiyyat məlumatları, onların danışıqları, onların təmasları haqqında sənədlər və audioməlumat var".
Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində bildirib.
“Bu, bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı törədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar”, - deyə Prezident əlavə edib.
Oxşar xəbərlər
Terrorçular 70 fermeri qətlə yetirdi
Son Xeberler
PKK terrorçuları fəhlələri atəşə tutdu -
Son Xeberler
“Ermənilər onsuz da terror təşkilatları kimi vuruş...
Son Xeberler
Rusiyadan Türkiyə ordusuna qarşı SENSASİYON ADDIM...
Son Xeberler
PKK-ya növbəti zərbə -
Son Xeberler
Türkiyə şəhidlərinin qisasını aldı -
Ən Son Xəbərlər