🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Ermənistan enerji infrastrukturlarını da hədəfə alır” - Prezidentin köməkçisi

11.10.2020 18:48 367 baxış sayı 2 dəq. oxuma
“Ermənistan enerji infrastrukturlarını da hədəfə alır” -

Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır, Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycanın şəhərlərini atəşə tutur. Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan enerji infrastrukturlarını da hədəfə alır və bu da təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükə yaradır.

Paylaş: