Əsədin Rusiyaya Sığınması və Son Xəbərlər
Noyabrın 27-də başlayan üsyan nəticəsində müxalif qüvvələr Suriyanın bir çox şəhərini demək olar ki, qan tökmədən ələ keçirdi.
Müharibənin sürətlə inkişafı ilə paytaxt Dəməşq də müxaliflərin nəzarətinə keçdi və 61 illik Baas rejimi süquta uğradı. Prezident Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığındı.
Əsədin Rusiyaya qaçarkən 135 milyard dollar pul götürdüyü iddia olunur. Bu xəbər dünya mediasında böyük rezonans doğurdu.
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, Rusiyaya sığınan Bəşər Əsəd hazırda təhlükəsizdir. Ryabkov bildirdi ki, Moskva vəziyyətin tələb etdiyi kimi hərəkət edib və Əsədin təhlükəsizliyi təmin olunub.
Noyabrın 27-dən dekabrın 7-dək davam edən şiddətli döyüşlər nəticəsində müxaliflər Hələb, İdlib, Hama və Hums kimi böyük şəhərləri ələ keçirdilər. Dəməşqin müxaliflər tərəfindən ələ keçirilməsindən sonra Baas Partiyasının 61 illik hakimiyyətinə son qoyuldu.
Digər tərəfdən, Azərbaycanın da dəstəklədiyi "Azadlıq Səhəri" əməliyyatı çərçivəsində Suriyanın Milli Ordusu Təl Rıfatı PKK/YPG terror təşkilatından azad etdi. Münbiçin də azad edilməsi ilə Fırat çayının qərbindəki əsas terror yuvası təmizləndi.
Etiketlər
Oxşar xəbərlər
Əsədin Görülməmiş Şəkilləri İctimaiyyətə Sızdı
Son Xeberler
Qəddafinin peyğəmbərlik xəbərdarlığı: Əsədin gülüş...
Son Xeberler
Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az
Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHI
Bugun.az
Əsədin Rəhbərliyinin Sərhədləri Sındı
Son Xeberler
"Baş Qanxoya" Mahir Əsədin Sirli Həyatı
Son Xeberler