“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə + Video

07.10.2020 05:43 741 baxış sayı 1 dəq. oxuma
“Evinizə xoş gəlmisiniz” -

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni qadınla iki Azərbaycan əsgərinin söhbət etdiyi anın görüntüləri paylaşılıb.

Əsgərlərdən biri qadının adını, əslən haradan olduğunu soruşub. Qadın adının Aznel və əslən Ermənistandan olduğunu, lakin Qarabağda yaşadığını və mağazada satıcı işlədiyini deyib.

Əsgərin “Biz Azərbaycan əsgəriyik. Biz öz Vətənimizdəyik” sözlərinə isə qadın “Evinizə xoş gəlmisiniz” deyə cavab verib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: