Gəncədə axtarış-xilasetmə işləri yekunlaşıb - FHN
Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncə şəhərində dağılmış binada axtarış-xilasetmə işləri yekunlaşıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirib.
Qeyd olunub ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb:
"Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb. Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb".
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Oxşar xəbərlər
İspaniyada Daşqınlar: Ölümlər Artır, Xilasetmə İşl...
Bugun.az
17 saat sonra daha üç nəfər xilas edildi
Son Xeberler
Salyanda avtomobil kanala aşıb, iki nəfər ölüb
İdman Xəbər
İzmirdə ölənlərin sayı 91-ə çatdı -
Son Xeberler
ACI XƏBƏR GƏLDİ: Vətən Müharibəsi iştirakçısı Kürd...
Son Xeberler
Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti...
Son Xeberler