
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Goranboyda karantin rejimini pozan kafe aşkarlandı
                        
                            
                            17.12.2020 06:09
                        
                        
                            
                            594 baxış sayı
                        
                        
                            
                            2 dəq. oxuma
                        
                                            
                                            
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən "Yurd Yeri” adlı kafe aşkarlayıb.
Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə  gətirilib. Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.
                    
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Karantin nəzarətinə götürülmə qaydalarında dəyişik...
Son Xeberler
                                        
                                            
                                            688
                                        
                                        
                                            
                                            10/06 14:59
                                        
                                    
                                
Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
Son Xeberler
                                        
                                            
                                            616
                                        
                                        
                                            
                                            14/06 14:19
                                        
                                    
                                
Bakıda karantin qaydalarını pozan daha bir kafe aş...
Son Xeberler
                                        
                                            
                                            544
                                        
                                        
                                            
                                            29/06 15:21
                                        
                                    
                                
Bakıda karantin rejimini pozan restoran aşkar edi...
Son Xeberler
                                        
                                            
                                            678
                                        
                                        
                                            
                                            26/09 11:48
                                        
                                    
                                
Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası...
Son Xeberler
                                        
                                            
                                            834
                                        
                                        
                                            
                                            10/10 10:19
                                        
                                    
                                
Sərt karantin rejimini pozan sürücülər cərimələndi
Son Xeberler
                                        
                                            
                                            659
                                        
                                        
                                            
                                            22/06 07:47
                                        
                                    
                                
                                        

