Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə, 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.