Gürcüstanda ağır qəza: Azərbaycanlı ailənin 4 üzvü öldü
Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında yerləşən Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.
Yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra piyadaları vurub.
Qəza nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı övladı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.
Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.
Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. (Report)
Oxşar xəbərlər
Toy Karvanında Qəza: Bir Nəfər Ağır Yaralıdır
Bugun.az
Bakıda ağır qəza:
Son Xeberler
Siyəzəndə dəhşətli qəza -
Son Xeberler
Dəhşətli hadisə: 9 futbolçu həyatını itirdi
İdman Xəbər
Gürcüstanda zəlzələ oldu
Son Xeberler
Marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi
Xəbər Anı