Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma qeydə alınmayıb

16.06.2020 07:33 632 baxış sayı 1 dəq. oxuma
Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma qeydə alınmayıb

Gürcüstanda fevralın 26-dan etibarən ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yeni yoluxma halı təsdiqlənməyib.


Bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, COVID-19-dan sağalanların sayı 20 nəfər artaraq 724-ə çatıb.


Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirus 879 nəfərdə aşkarlanıb. Onların 14-ü dünyasını dəyişib.


Gürcüstanda COVID-19-a ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb. 

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: