06.11.2020 23:55
6
abunə
306
Gürcüstanda hakimiyyəti devirməyə çalışıblar - İstintaq başlandı

Gürcüstanda hakimiyyəti devirməyə hazırlıq faktı üzrə cinayət işi açılıb. 

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  saytında məlumat paylaşılıb. Bildirilib ki, bir sıra şəxslər ölkədə parlament seçkilərində arzuolunmaz nəticələr əldə olunarsa, hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından və hərbçilərdən ibarət mobil qruplar belə yaradılıb.

DTX-nin məlumatına görə, artıq bəzi şahidlərin ifadələri alınıb. İstintaqa cəlb edilənlər arasında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icra katibi irakli Kobaxidze də var.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, “konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirməyə” görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine