
Gürcüstanda ikinci seçki turu

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raturu keçirilir. Səsvermə zamanı seçicilər ilk turda ən yaxşı nəticə göstərən iki namizəd arasından seçim edəcəklər.
Gürcüstanın 17 seçki dairəsində saat 8:00-da seçki məntəqələri açılıb. Gürcüstanın Mtsxeta-Mtianeti bölgəsindəki bir neçə seçki məntəqəsi isə hava şəraitinin pisləşməsi səbəbindən vaxtında açıla bilməyib.
Ümumilikdə 1 923 seçki məntəqəsində 2 140 210 seçici qeydiyyatdan keçib.
Gürcüstan Baş naziri Giorgi Qaxariya parlament seçkilərinin ikinci turunda iştirak edib.
Hökumət başçısı səslərini həyat yoldaşı ilə birlikdə paytaxtın Mtatsminda bölgəsindəki 5 saylı seçki məntəqəsində verib.
Səsvermədə karantin zonalarında və karantində olanlar da iştirak edə biləcək. Bu cür seçicilər üçün əlavə 80 xüsusi məntəqə yaradılıb.
Mövcud vəziyyət nəzərə alınaraq, seçkilər koronavirusa qarşı genişləndirilmiş qorunma tədbirləri ilə keçiriləcək - seçicilər seçki məntəqələrinə maskalı gəlməli, seçki komissiyası üzvləri, müşahidəçilər və media nümayəndələri seçki məntəqəsinə girmədən əvvəl tempratur yoxlanışından keçməlidirlər.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma...
Son Xeberler

Gürcüstanda zəlzələ oldu
Son Xeberler

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Son Xeberler

Gürcüstanda koronavirusa yoluxanların sayı 851-ə ç...
Son Xeberler

Gürcüstanda koronavirusa yoluxanların sayı 893-ə ç...
Son Xeberler

Gürcüstanda zəlzələlər oldu
Son Xeberler