Gürcüstanda yoluxma sayı 140 minə çatır - Qonşu ölkələrdə son vəziyyət
Gürcüstanda son 24 saat ərzində daha 3 759 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 139 min 343-ə çatıb.
Sutka ərzində daha 36 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1303-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 117 min 560 nəfərdir.
Rusiyada isə son bir gündə 26 min 402 yeni yoluxma faktı qeydə alınıb.
Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 569 pasiyent ölüb, 24 min 763 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 322 min 56 nəfər insan koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində daha 843 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 min 967 nəfərə çatıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2193-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Oxşar xəbərlər
Gürcüstanda günlük yoluxma 4 minə çatır
Son Xeberler
Gürcüstanda 3 minə yaxın yoluxma, rekord ölüm
Son Xeberler
Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma...
Son Xeberler
Gürcüstanda günlük yoluxma 2400-ü keçdi
Son Xeberler
Gürcüstanda yoluxma rekord həddə artır
Son Xeberler
Ermənistanda yoluxanların sayı 100 minə çatır
Son Xeberler