
Havanın dəyişəcəyi ilə bağlı

Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Etiketlər
Oxşar xəbərlər

Havanın dəyişəcəyi ilə bağlı
Son Xeberler

Havanın dəyişəcəyi ilə bağlı
Son Xeberler

Bakıda qar yağacaq -
Son Xeberler

Bu tarixdə Bakıda qar yağacaq -
Son Xeberler

Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
SON Xəbər

Havanın dəyişəcəyi ilə bağlı
Son Xeberler