🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Həbs olunan yüksək vəzifəli məmur YAP-dan çıxarıldı - FOTO

18.02.2021 06:52 522 baxış sayı 2 dəq. oxuma
Həbs olunan yüksək vəzifəli məmur YAP-dan çıxarıldı -

Həbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Ramiz Tatarov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Ramiz Tatarov Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa Rayon Təşkilatının sədri vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və birinci müavin Ramiz Tatarov rüşvət alarkən yaxalanıblar. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinir. Gəncə Ağır Cinayətlər Məhkəməsində həbs olunan məmurların cinayət işi üzrə təyin olunan məhkəmə prosesi davam edir.

 
 
Paylaş: