Hökumətdən kafe və restoranlarla bağlı YENİ QƏRAR
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.
Dəyişikliyə əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.
Həmin qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “otaqlar, habelə açıq hava sahələri” sözləri əlavə olunub.
Qeyd edək ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
Etiketlər
Oxşar xəbərlər
Qapalı kafe-restoranlarla bağlı QƏRAR verildi -
Son Xeberler
Kiçik kafe və restoranlar nə zaman açılacaq? -
Son Xeberler
Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı...
Son Xeberler
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qə...
Son Xeberler
Hökumətdən unun və çörəyin qiyməti ilə bağlı
Son Xeberler
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Son Xeberler