İcazələrin bir hissəsi ləğv edildi
İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda bildirilir:
“Məlum olduğu kimi, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.
“Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək. İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər”.
Oxşar xəbərlər
Azadlıq prospektində avtobus zolağı niyə ləğv edil...
Son Xeberler
Azərbaycanda daha bir qanun ləğv edildi
Son Xeberler
Bu şəxslərin işləməsinə yenidən
Son Xeberler
Aparıcı hüquqşünas vakansiyası
Edumap.az Təhsil Portalı
İcazəsi ləğv olunan şəxslər nə etməlidir? —
Son Xeberler
Bu icazələr ləğv ediləcək -
Son Xeberler